Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.
Arannews -Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyət və onun sabitləşməsi üçün tədbirlər müzakirə edilib.
“Regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası kontekstində davam etdirilib”, - mətbuat xidmətinin məlumatında qeyd edilir.