Tarix : 2021 Nov 23
Kod 61943

"Azərişığ"ın əməkdaşı Laçında minaya düşüb

23 noyabr, Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Arannews -Bu barədə  Laçın Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Yazılıb
  • da (də) 2021 Nov 23
  • Göndərən جهان کمالی