Tarix : 2021 Nov 23
Kod 61944

Vətən müharibəsi iştirakçısı intihar edib

Azərbaycan Respublikasında Vətən müharibəsi iştirakçısı özünü asaraq öldürüb.

Arannews :hadisə Ağdaş rayonunun Ləki qəsəbəsində baş verib. Belə ki, 24 yaşlı rayon sakini İskəndərov Ülvi İrşad oğlu hələ ki naməlum səbəbdən özünü asaraq öldürüb. O, yaşadıqları həyətdə olan tövlədə canına qəsd edib. Valideynləri sağlamlığında problemləri olmayan Ülvinin belə bir addım atmasının səbəbini izah edə bilmirlər.
Ü.İskəndərov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Faktla bağlı araşdırma aparılır.
Yerli ekspertlər Qarabağ qaziləri və müharibə iştirakçıları arasında intihar hallarının artması barədə bildirirlər ki, bunun səbəbi onların psixoloji durumu ilə bağlıdır. Belə ki, bu şəxslərin həm maddi, həm də sağlıq durumlarında problemlər yaranır. Nəticədə insan qayğısızlıqdan bezir. Digər tərəfdən bəzi dövlət məmurlarının qazilərə və Qarabağ döyüşçülərinə qarşı soyuq münasibəti, hörmətsizliyi, onları aşağılamaları onları həyatdan küsdürür; nəticədə qarşılarında intihardan başqa yol qalmır.

  • Yazılıb
  • da (də) 2021 Nov 23
  • Göndərən جهان کمالی