İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindİqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan və İran prezidentləri görüşə bilər.
Arannews :bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.
İran XİN sözçüsü iki dövlət başçısının görüşü ilə bağlı sualı cavablandırakən qeyd edib ki, yaxın gələcəkdə baş tutacaq İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində bu görüş baş tuta bilər.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti iclası Türkmənistanın paytaxtında keçiriləcək.