Tarix : 2021 Nov 24
Kod 61948

Terrorçu Amerika “demokratiya sammiti” keçirir!

Amerika deyəndə polisin qaradərililəri dizi altında boğduğu, İsrail və Səudiyyə Ərəbistanı kimi təcəvüzkar ölkəri silahlandıran bir ölkə göz qabağına gəlir.

Arannews - Russian.rt-yə istinadən xəbər verir: ABŞ 110 ölkəni “demokratiya uğrunda sammitə” dəvət edib. Tədbir dekabr ayında keçirilməlidir. Rusiya və Çin sammitə dəvət olunmayıb. Postsovet ölkələrindən Ukrayna, Ermənistan, Gürcüstan, Moldaviya, Litva, Latviya, Estoniya dəvət alıb. Dəvət olunanlar arasında Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Azərbaycan yoxdur. Avropa İttifaqından yalnız Macarısan dəvət edilməyib. ABŞ-ın Çinə qarşı daha bir təxribatçı addımı formal Çinə aid etdiyi Tayvana dəvətnamə göndərməsidir.
Amma dünyanı demokratiya, insan haqları şüarları ilə aldatmaq dövrü başa çatıb. Amerika deyəndə polisin qaradərililəri dizi altında boğduğu, İsrail və Səudiyyə Ərəbistanı kimi təcəvüzkar ölkəri silahlandıran bir ölkə göz qabağına gəlir. Bunu hamıdan yaxşı ölkə başçıları bilsələr də, şəxsi mənafeləri naminə Vaşinqtonun ardınca qaçırlar.

  • Yazılıb
  • da (də) 2021 Nov 24
  • Göndərən جهان کمالی