Türkiyə lirəsinin məzənnəsinin kəskin aşağı düşməsi ilə əlaqədar ölkədə noyabrın 25-dən etibarən avtomobil benzininin və dizelin qiymətində artımlar tətbiq oluna bilər
Arannews :Türkiyə lirəsinin məzənnəsinin kəskin aşağı düşməsi ilə əlaqədar ölkədə noyabrın 25-dən etibarən avtomobil benzininin və dizelin qiymətində artımlar tətbiq oluna bilər.
Bloomberg etibarlı mənbələrə istinadən yazır.
Qeyd olunur ki, lirənin zəifləməsi nəticəsində 1 litr benzinin qiyməti 1,01 lirə (0,07 dollar) artaraq 9,66 lirəyə (0,74 dollar), 1 litr dizel yanacağının qiyməti isə 1,05 lirə (0,08 dollar) artaraq 9,77 lirə 0,75 dollar təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, ilin əvvəlindən lirə dollara qarşı 70% ucuzlaşıb