Tarix : 2021 Nov 27
Kod 61956

Rusiya, Azərbaycan və Ermənistan liderləri soçidə görüşüblər

rusiyanın təşəbüsü ilə Rusiya, Azərbaycan Respublikası və ermənistan dövlət başçıları soçidə bir araya gəliblər.

Arannews - Azərbaycan respublikası mediyalarına istinad edərək xəbər verir ki, üç ölkə rəhbərləri Azərbaycanla-Ermənistan arasında postmüharibə məsələlərini müzakirə ediblər.
Rusiya prezidenti viladimir putin bu görüşdə deyib: Cənubi Qafqazda kommunikasiyaların açılmasında hər kəs maraqlıdır.
Onun sözlərinə görə, Rusiya da regionda kommunikasiyaların açılmasında maraqlıdır.
“Biz yaxın qonşu ölkələrik. Bizim böyük həcmdə ticarət dövriyyəmiz var. Yaxın vaxtlarda sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işə başlamağı razılaşdırırıq. Bunun haqqında əlbəttə ki, bu gün danışacağıq. Aydındır ki, bu, çətin məsələdir, hələ Sovet İttifaqı dövründən qalıb, sərhədlər orada olmayıb. İmkan var ki, bu haqda danışaq”, - Rusiya dövlət başçısı vurğulayıb.
Rusiya prezidenti Azərbaycanla Ermənistan arasında bir başa təmasların qurulmasından da danışıb,
“Bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə də görüşünüz planlaşdırılıb. Biz bunu da alqışlayırıq. Nə qədər çox birbaşa təmaslar üçün imkanlar olsa, bir o qədər yaxşıdır. Mən Avropa İttifaqı Şurasının sədri cənab Mişellə danışmışam. O, sizi gözləyir. Lakin ümid edirəm ki, biz bir neçə addım irəli gedəcəyik. Bundan sonra isə başqa meydanlarda digər addımları atmaq olar. Bir daha təkrar edirəm ki, biz bu dialoqda tərəfdaşların artmasını alqışlayırıq. Başlıcası odur ki, bu işin xeyrinə olsun”, - V. Putin vurğulayıb.
Azərbaycan Respublikası prezidenti ilham əliyevdə bu görüşdə kommunikasiyaların açılmasının önəmindən danışaraq deyib: “Hesab edirəm ki, kommunikasiyaların açılmaması icra olunmamış əsas məsələlərdən biridir.

  • Yazılıb
  • da (də) 2021 Nov 27
  • Göndərən جهان کمالی