Iran Servisi/Aran Agentliyi
«Yeni Şərq»in Vesti.ru-ya istinadlı verdiyi xəbərə əsasən, İsrail yenə də İrana hərbi həmlənin mümkünlüyündən danışır. Bu barədə jurnalistlərə Vaşinqtonda səfərdə olan Exud Barak məlumat verib. Artıq neçənci dəfədir ki, İsrail İrana hücum haqqında söz açır. Halbuki, Tehran dəfələrlə İsrailə hücum planı olmadığını açıqlayıb. İsrail nazirinin iki günlük səfəri zamanı Pentaqon, Ağ Ev və Dövlət Departamentində görüşləri olub. Barak İrana qarşı «sərt siyasətin» yürüdülməsinin vacibliyini vurğulayıb. O, həmçinin hadisələrin mümkün inkişafına djair variantların heç birinin təxirə salınmadığını bildirib. Lakin Vaşinqtonun buna reaksiyası bəlli deyil.
Analitiklər isə İsrailin belə bəyanatlarının yalan olmasını və İrana qarşı müharibə aparmaq iqtidarında olmadığını bildirirlər. Bu tipli bəyanatlar əsasən İsrail cəmiyyətinə hesablanıb və Tel-Əvivin təhlükəsizliyi üçün hər addımı atmağa hazırlığını göstərməyə xidmət edir.
Xatırladaq ki, İsrail hələ də Fələstin, Suriya və Livanın işğal olunmuş torpaqlarına nəzarət edir və bu ərazilərin aza olunması haqqında BMT qətnamələrini yerinə yetirməkdən boyun qaçırır.