Tarix : 2021 Nov 30
Kod 61972

Qısa zamanda Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq

Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz mübadiləsinə dair üçtərəfli müqavilə (SWAP) dekabrın 1-dən qüvvəyə minəcək, və müqavilə üzrə qazın nəqlinə dekabrın sonunda başlanacaq.

Arannews :Aşqabad şəhərində imzalanan üçtərəfli müqavilə müddətsizdir və dekabrın 1-dən qüvvəyə minir. Lakin faktiki olaraq müqavilə üzrə qazın nəqlinə dekabrın 22-dən etibarən başlanacağı gözlənilir.
Məlumata görə, Türkmənistan Azərbaycan tərəfinə İran vasitəsilə gündə 5-6 mln. kubmetr qaz nəql edəcək, illik həcm 1,5-2 mlrd. kubmetr olacaq.
SWAP müqaviləsi çərçivəsində İran Türkmənistan qazını özünün Türkmənistana yaxın əyalətlərində istehlaka buraxacaq və onun qarşılığında Azərbaycan Respublikasına yaxın vilayətlərindəki infrastrukturdan faydalanaraq Azərbaycana qaz ötürəcək.
SWAP sxemi o deməkdir ki, Türkmənistan qazının Azərbaycana tədarükü üçün Aşqabad öz yanacağını İrana, İran isə öz növbəsində Azərbaycana tədarük edəcək.
SWAP sxemi, onun şərtləri mövcud olan ölkələr arasında ən əlverişli və ən sərfəli nəqliyyat metodudur. Vaxtiylə Azərbaycan Respublikası öz neftinin dünya bazarlarına çıxarılmasında İran vasitəsi ilə bu metoddan faydalanmışdır.
Çox böyük vəsait tələb edən və Xəzər dənizinin ətraf mühiti üçün ciddi təhdidlər yarada biləcək trnasxəzər layihəsini SWAP metodu ilə əvəz etmək bu tranzitdə maraqlı olan bütün tərəflər üçün əlverişli ola bilər. Həmçinin region ölkələri arasında bağlılıqları daha da möhkəmləndirər.

  • Yazılıb
  • da (də) 2021 Nov 30
  • Göndərən جهان کمالی