İranın Azərbaycandakı səfiri Türkmənistan qazının İran yolu ilə Azərbaycana və Naxçıvana ötürülməsi haqda əldə edilmiş razılaşmanı ABŞ sanksiyaları fonunda şərh edib.
Arannews :xəbər verir ki, səfir Seyid Abbas Musəvi rəsmi tvitter səhifəsində Azərbaycan, Türkmənistan və İranın qazın nəqli ilə bağlı razılaşmasını şərh edib.
O yazıb:
“ABŞ-ın İranı təcrid etmək və enerjinin nəqli karidorlarından çıxarmaq istiqamətində ciddi strategiyası fonunda, qazın swop-u ilə bağlı son razılaşma onu göstərdi ki, İran enerjinin nəqli üçün ən təhlükəsiz, ən ucuz və ən qısa seçimdir. İran regionda həmrəyliyin və inkişafın mehvəridir və belə də qalacaq”.