Tarix : 2021 Dec 01
Kod 61978

Səfir Musəvi Azərbaycan, İran və Türkmənistan arasındakı müqaviləni şərh etdi

İran İslam Respublikasının Azərbaycandakı səfiri ABŞ sanksiyaları fonunda qazın nəqli ilə bağlı razılaşmanı şərh edib.

Arannews :Səfir Seyid Abbas Musəvi Türkmənistan qazının İran yolu ilə Azərbaycana və Naxçıvana nəql edilməsi haqda əldə edilmiş razılaşma barədə özünün rəsmi tvitter səhifəsində yazıb:
“ABŞ-ın İranı təcrid etmək və enerjinin nəqli koridorlarından çıxarmaq istiqamətində ciddi strategiyası fonunda, qazın mübadiləsi ilə bağlı son razılaşma onu göstərdi ki, İran enerjinin nəqli üçün ən təhlükəsiz, ən ucuz və ən qısa seçimdir. İran regionda həmrəyliyin və inkişafın mehvəridir və belə də qalacaq”.
Qeyd edək ki, sözügedən razılaşma Azərbaycan və İran prezidentlərinin Türkmənistana səfəri çərçivəsində imzalanıb.
Noyabrın 28-də Aşqabad şəhərində imzalanan üçtərəfli müqavilə müddətsizdir və dekabrın 1-dən qüvvəyə minir. 
Məlumata görə, Türkmənistan Azərbaycan tərəfinə İran vasitəsilə gündə 5-6 mln. kubmetr qaz nəql edəcək, illik həcm 1,5-2 mlrd. kubmetr olacaq.
Bununla əlaqədar İran SWAP müqaviləsi çərçivəsində Türkmənistan qazını özünün Türkmənistana yaxın əyalətlərində istehlaka buraxacaq və onun qarşılığında Azərbaycan Respublikasına yaxın vilayətlərindəki infrastrukturdan faydalanaraq Azərbaycana qaz ötürəcək.
SWAP sxemi o deməkdir ki, Türkmənistan qazının Azərbaycana tədarükü üçün Aşqabad öz yanacağını İrana, İran isə öz növbəsində Azərbaycana tədarük edəcək.
SWAP sxemi, onun şərtləri mövcud olan ölkələr arasında ən əlverişli və ən sərfəli nəqliyyat metodudur. Vaxtiylə Azərbaycan Respublikası öz neftinin dünya bazarlarına çıxarılmasında İran vasitəsi ilə bu metoddan faydalanmışdır.

  • Yazılıb
  • da (də) 2021 Dec 01
  • Göndərən جهان کمالی