İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi helikopter qəzasına görə Azərbaycan xalqı və dövlətinə başsağlığı verib.
Arannews :ARAN Radiosunun məlumatına görə,Səfirliyin bəyanatında qeyd olunur: Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinin hərbi helikopterinin qəzaya uğraması və bir neçə nəfərin şəhid olması ilə bağlı dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına baş sağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir.