saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçumuz dünyasını dəyişib.
Arannews :Baş vermiş bədbəxt hadisə barədə bir çox “komplo teorisi” ilə üzləşdiyimizdən, mövzu barədə keçmiş XİN rəhbəri Tofiq Zülfüqarovun fikirlərini öyrənməyə çalışdıq.
Tofiq Zülfüqarov Tofiq Zülfüqarov bildirdi ki, bu barədə tələsmək, yalan məlumatların təsirinə düşmək lazım deyil: “Öncə onu qeyd edim ki, mən bu sahənin mütəxəssisi deyiləm. Amma hesab edirəm ki, biz gözləməliyik istintaq yekunlaşsın. İndiki şəraitdə bu və ya başqa bir fikir söyləmək, düşünürəm ki, düzgün olmaz. Belə hadisələr bir çox ordularda da baş verir. Yenə də qeyd edirəm, istintaq yekunlaşandan, rəsmi açıqlamalar olandan sonra bu barədə nəsə danışmaq olar. Hansısa havadan uydurulmuş fikirlər səsləndirmək indiki halda düzgün deyil. Gəlin, həyatını itirmiş hərbçilərimizə hər birimiz hörmətlə yanaşaq. Gözləyək ki, nəticə necə olacaq”.
Məlumat üçün qeyd edək ki, qəza nəticəsində həyatını itirmiş 14 hərbi qulluqçumuzdan 13-ü zabitdir və onların məhz eyni nəqliyyat vasitəsində həyatlarını itirməsi “bu qədər yüksək rütbəli necə olub ki, eyni helikopterdə uçub?” sualını qarşımıza tez-tez çıxarır. Hər bir halda, hadisənin texniki nasazlıq, yaxud da hansısa terror-təxribat hadisəsi olub-olmaması barədə açıqlamanı aidiyyatı qurumlardan gözləmək və bu məsələdə hansısa dezinformasiyaya yol verməmək, yalan, əsası olmayan məlumatların cərəyanına qapılmamaq hər birimizin öncəliklə vətəndaşlıq borcudur.