Tarix : 2021 Dec 04
Kod 61988

İranın hərbi rəsmilərindən AR rəsmilərinə başsağlığı

Azərbaycan Respublikasının hərbi helikopterinin qəzaya uğraması və bu ölkənin dövlət sərhəd xidməti qüvvələrindən on dörd nəfərin həlak olmasından sonra İranın sərhəd qoşunları komandanı general pasdar Əhmədəli Qudərzi Azərbaycan Respublikasının dövlət sərhəd xidmətinin rəisi general-polkovnik Eçin Quliyevə müraciət edib.

 Arannews : O, bu müraciətdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının hərbi vertolyotunun qəzaya uğraması münasibətilə bu ölkənin hökuməti və xalqına başsağlığı verib və hadisədə həyatlarını itirənlərin ailələrinin kədəri ilə bölüşüb.
Bundan öncə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Məhəmməd Baqiri bir müraciətdə bu hadisə ilə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevə və bu ölkənin müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı vermişdi.
Noyabrın otuzunda Azərbaycan Respublikasının dövlət sərhəd xidmətinin bir ədəd hərbi vertolyotu Xızı rayonunda yerləşən «Qaraheybət» poliqonunda hərbi təlim-məşqlər zamanı qəzaya uğradı. Nəticədə bu ölkənin on dörd hərbçisi həlak oldu, iki nəfər isə yaralandı.

  • Yazılıb
  • da (də) 2021 Dec 04
  • Göndərən جهان کمالی