Müsəlman Birliyi Hərəkatının (MBH) sədri, siyasi məhbus Tale Bağırzadə həbsdən Saleh Rüstəmli barədə yazır:
"Arannews :Demokratiya düşüncəsinin növbəti dəfə hakimiyyət tərəfindən əzilməsi mövcud rejimin siyasətinin əsl siması olaraq nümayiş olundu. Bütün tənqid, etiraz və tələblərə baxmayaraq davranışlar nəinki dəyişmir, əksinə, hətta daha sərt yön alaraq yüksəlməkdə davam edir.
Bu günlər Qarabağ qazisinin ölümlə mücadiləsi vicdanlı hər kəsin varlığını sirkələyən bir hadisə olaraq haqqlı da narahatlıqla qarşılanmaqdadır. Saleh Rüstəmlinin azadlıq haqqı olduğu mücadiləsində ona dəstək olanlara qarşı qəddar davranış isə heç bir normativə sığmır.
Xüsusi olaraq Tofiq Yaqublunun amansızlıqla zorakılığa məruz qalması bir daha qorxu siyasətini insanların idarə olunması üzərində hədəf bilən hakimiyyətin xalqına qarşı yarıtmaz siyasətinin təzahürüdür. Bu vəhşi davranışın nümayişkaranə, cəmiyyətə təqdimatı isə bir daha xalqın əsarət və zülmlə idarə olunmasını göstərir.
Biz bu gündə aclıqda mücadilə aparan Saleh Rüstəmliyə azadlıq tələb edir və onun hüquqlarını müdafiəyə qalxan Tofiq Yaqubluya qarşı vəhşi davranışı tənqid edirik. Bütün bunların isə xalqın yalnız və yalnız niftərətinə səbəb olacağını bir daha bəyan edirik".
Tale Bağırzadə Qobustan həbsxanası. 3 dekabr 2021.