İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini İranın diplomatiya aparatının Tehran ilə Moskva arasında iqtisadi münasibətlərin beş milyad avrodan yuxarı bir rəqəmə qaldırılması üzrə səyindən xəbər verib.
Arannews :Mehdi Səfəri Tehran-Moskva iqtisadi əlaqələrinin son durumunun araşdırılması iclasının kənarında IRIB müxbiri ilə müsahibədə belə söyləyib: İclasda müxtəlif mövzular araşdırıldı ki, onlardan biri şimal-cənub dəhlizi ilə bağlı olub və Xəzər dənizi istiqamətində bu koridorun müxtəlif hissələrinin təkmilləşdirilməsinə təkid edilib.
Səfəri bildirib ki, koridorun hissələrindən biri, Ənzəli-Kaspian planının təkmilləşdirilməsidir.
Bugünkü iclasda irəli sürülən digər mövzulardan biri, beş milyard avroya yaxın dəyəri olan aktivlər layihəsinin icrasıdır.- deyə, İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini vurğulayıb.
Səfəri qeyd edib ki, İranın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracatı mövzusu da araşdırılıb.
Hazırda İrandan Rusiyaya ixrac edilən məhsulların rəqəmi 670 milyon dollardır.