İranın yollara nəzarət və nəqliyyat təşkilatının tranzit və beynəlxalq nəqliyyat şöbəsinin müdiri İran, Azərbaycan Respublikası və Gürcüstanın Fars Körfəzinin Qara dənizə qovuşması və tranzit yolunun işlə salınması üzrə üçtərəfli razılaşmasından xəbər verib.
,Arannews :SəhərAzəri-nin məlumatına əsasən,Cavad Hidayəti ISNA ilə müsahibədə bildirib ki, yeni tranzit yolunun işə salınması Fars Körfəzini Qara dənizə qovuşdura bilər.
O, deyib ki, anlaşmanın iki əsas tərəfi, İran və Gürcüstandır, zira İran Fars Körfəzi vasitəsilə azad sulara qovuşur. Gürcüstan da Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir.
Hidayəti sonra belə söyləyib: Azərbaycan Respublikası və Gürcüstanın nəqliyyat rəsmilərilə əldə olunan razılaşmaya əsasən, hər ölkədən olan gəmilər İrandan yüklənib, İranın ixracat mallarını məqsədə çatdırmalıdırlar.
Hidayətinin sözlərinə görə, tranzit malları İranın şimalında yerləşən Astaradan Azərbaycan Respublikasına daxil olub, Gürcüstan limanları vasitəsilə Qara dənizdən Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə göndərilməlidir.
İranın yollara nəzarət və nəqliyyat təşkilatının tranzit və beynəlxalq nəqliyyat şöbəsinin müdiri vurğulayıb ki, yeni tranzit istiqaməti şərqi və cənubi Asiya ölkələri üçün bir çox mənafeyə malik ola və onları Şərqi Avropaya qovuşdura bilər.