İran İslam Respublikasının prezidenti İran-Suriya əlaqələrini strateji adlandırıb və iqtisadi və ticari sahələr xüsusiyyət təşkil etməklə iki ölkə arasındakı əlaqələrin əsaslarının gücləndirilməsinə təkid edib.
Arannews :nin məlumatına əsasən,Seyid İbrahim Rəisi Suriyanın xarici işlər naziri Feysəl Miqdadla görüşdə əcnəbi qüvvələrin bölgədə və Suriya ərazisindəki qanunsuz iştiraklarının davam etməsini regionun təhlükəsizliyi və sabitliyi üçün təhlükəli adlandırıb. Bildirib ki, İŞİD amerikanlar tərəfindən düzəldilmiş bir dəstədir və bu gün İŞİD və Amerikanın regionun hər bir yerində iştirakı xalqların asayişi, sabitliyi və təhlükəsizliyi üçün böyük xəsarət olacaq.
Hacı Qasim Süleymaninin Amerikanı və onun regiondakı vasitəçi qruplarını, o sıradan İŞİD və sionist terrorizmini yerlərində dondurduğunu bildirən İran İslam Respublikasının prezidenti deyib ki, bu gün Suriya anti-sionist yanaşma ilə sionistlərin qarşısında müqavimətin ön xəttində durur.
Suriyanın xarici işlər naziri Feysəl Miqdad da vurğulayıb ki, Suriya iki xalqın ortaq maraqları istiqamətində Tehran-Dəməşq əlaqələrinin günü-gündən gücləndirilməsi üçün bütün əməkdaşlıq imkanlarını fəallaşdırmaq əzmindədir.