İranın energetika naziri bildirib ki, İran, Azərbaycan Respublikası və Rusiyanın elektrik sahəsindəki əməkdaşlıqları üzrə araşdırmalar aparılıb və İran elektrik şəbəkəsinin Azərbaycan Respublikası ilə Rusiyaya qoşulması sahəsindəki əməkdaşlığın başlanmasına hazırdır.
Arannews :iranın energetika naziri Əli Əkbər Mehrabiyan Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə ilə görüşdə İranın su və energetika sektorunda bu ölkə ilə əlaqələri genişləndirməyə hazır olduğunu vurğulayıb. Bildirib ki, iki ölkə arasında iqtisadi mübadilələr miqdarını artırmaq imkanı var.
Mehrabiyan sonra söyləyib: İki ölkənin birgə texniki komissiyasını sürətlə təşkil etməyə çalışırıq. Bu komissiyanın iclasları əməkdaşlıqlar və problemlərin araşdırılması üçün daimi formada keçirilməlidir.
İranla əlaqələri genişləndirməkdə əzmkarıq- deyən Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə ölkəsinin energetika sektorunda geri düşmüş bütün işlərin əvəzinin çıxılmasına maraqlı olduğunu bildirib.