Tarix : 2021 Dec 11
Kod 62008

Bakı Naxçıvanla əlaqəni Zəngəzur yolu ilə bərpa etmək əzmindədir

Rus nəşri Zəngəzurun Azərbaycan üçün əhəmiyyətini şərh edib. Bakının Naxçıvanla əlaqəni Zəngəzur yolu ilə bərpa etmək əzmində olduğu bildirilir.

Arannews : Rusiyanın Nezavisimaya Qazeta gündəliyi qeyd edir ki, Ermənistan prezident İlham Əliyevin “Zəngəzur dəhlizi” tələbinə etiraz edir. İrəvan Əliyevin ifadə tərzini qəbuledilməz sayır və hesab edir ki, onun tonunda hərbi gücdən istifadə ilə bağlı təhdid var. Ermənistanın xarici siyasət idarəsi bununla bağlı Moskva, ATƏT və BMT Təhlükəsizlik Şurasına məlumat da verib.
Nəşr xatırladır: Azərbaycan prezidenti bəyan edib ki, Ermənistan əldə edilmiş razılaşmaların icrasından yayınarsa, revanşist əməllərə əl atarsa, Bakı yenidən güc tətbiq edə bilər.
“Zəngəzur dəhlizi” Ermənistan ərazisindən keçməklə, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yerüstü nəqliyyat marşrutudur.

  • Yazılıb
  • da (də) 2021 Dec 11
  • Göndərən جهان کمالی