Tarix : 2021 Dec 12
Kod 62013

Gürcüstanda koronavirusdan ölənlərin sayı 12 731 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 922 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.

Arannews -APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 889 286, ölənlərin sayı isə 12 731 nəfərə çatıb.
Virusa yoluxanlardan 832 675 nəfərin sağaldığı bildirilib.

 

  • Yazılıb
  • da (də) 2021 Dec 12
  • Göndərən جهان کمالی