Bakıda müsəlmanlar üçün keçmişlərdən qalmış təkcə 8 məscidin fəaliyyətlərinə məlum maneələrin olduğu bir halda, yəhudilər üçün ardıcıl şəkildə sinaqoqların inşası istər-istəməz müsbət qarşılana bilməz
Azerbaijan Servisi/Aran Agentliyi
Azərbaycan Respublikası yəhudilər icmasının sədri Simyon Borisoviç İxliyov İlham Əliyevin yəhudilərin ehtiyaclarını yaxşı başa düşdüyünü bildirib. O, bu mövzuya Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Bakı şəhərində yəhudilər üçün əzəmətli və möhtəşəm bir sinaqoqun inşası üçün qrant ayırmasından xəbər verdiyi zaman toxunmuşdur.
Bakıdakı müxbirimizin məlumatına görə, Simon İxliyov blogowestinfo internet saytı ilə müsahibədə Azərbaycan Respublikası prezidentinin yəhudilər üçün Bakının mərkəzində möhtəşəm bir sinaqoqun inşası üçün qrant ayırmağa dair təklif irəli sürdüyünü bildirib.
Müşahidəçilər azlıq təşkil edən yəhudilər üçün əksəriyyəti müsəlman olan bir ölkənin paytaxtında 4-cü sinaqoqun, özü də hökumətin maliyyə imkanları ilə inşa edilməsini birmənalı qarşılamırlar.
Çünki onların qənaətincə, Bakıda müsəlmanlar üçün keçmişlərdən qalmış təkcə 8 məscidin fəaliyyətlərinə məlum maneələrin olduğu bir halda, yəhudilər üçün ardıcıl şəkildə sinaqoqların inşası istər-istəməz müsbət qarşılana bilməz.
Bəzi müşahidəçilər də Azərbaycan Respublikası prezidentinin ölkə xalqının bir çox problemlərlə üzləşdiyi, o cümlədən 20% ərazinin işğal altında olması, 1 milyondan çox əhalinin köçkün və qaçqın vəziyyətdə yaşaması kimi mühüm problemləri dərk etməli olduğu halda, hansısa azlıq təşkil edən bir ictimaiyyətin ehtiyaclarına diqqət yetirməsini, həqiqətlər göz yummaq və əcnəbilərin təzyiqləri qarşısında təslim olmaq mövqeyindən çıxış etmək kimi qiymətləndirilir.