Türkiyə Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atacaq.
Arannews -“TRT Haber”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxışı zamanı bildirib.
"Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində ikitərəfli nümayəndələr təyin edəcəyik. İrəvana çarter reyslərinə başlayacağıq", - deyə o qeyd edib.