Tarix : 2021 Dec 14
Kod 62022

Baqiri Kəni: "Danışıqlar müsbət olub və irəliyə doğru gedir"

4+1 qrupu ilə danışıqlarda İranın baş müzakirəçisi Vyanada davam edən danışıqları müsbət və proqressiv dəyərləndirib.

Arannews :4+1qrupu ilə danışıqlarda İran İslam Respublikasının baş müzakirəçisi Əli Baqiri Kəni "Press TV" xəbər kanalına verdiyi müsahibədə Vyana danışıqları ilə bağlı deyib: "İran mübahisəli məqamlarla bağlı düzəliş və təkliflərini qarşı tərəfə bildirib".
Baqiri mübahisəli mövzularda İranın qarşı tərəfdən heç bir konstruktiv təklif və ya təşəbbüs almadığını bəyan edərək, qeyd edib ki, ABŞ-ın qeyri-qanuni və qəddar sanksiyalarının aradan qaldırılması və İranın nüvə fəaliyyətləri hazırkı danışıqlarda iki tərəf arasında bir çox fikir ayrılıqlarının hələ də həll olunmamış qaldığı ən mühüm mübahisə mövzusudur ki, bu fərqlər Vyanada keçirilən danışıqların altıncı raundundan sonra əldə edilən yekun layihədə aydın görünür.
Vyanada İrana qarşı zalımcasına sanksiyaların ləğvi ilə bağlı danışıqlarının yeni raundu noyabrın 29-dan başlayıb. 

  • Yazılıb
  • da (də) 2021 Dec 14
  • Göndərən جهان کمالی