Tarix : 2021 Dec 19
Kod 62041

İran, Azərbaycan və Gürcüstan arasında yeni dəhliz aktivləşəcək - Səfir

Bu həftə İran, Azərbaycan, Gürcüstan, Qara Dəniz və Avropa yeni dəhlizi aktivləşəcək.
Arannews -Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Twitter səhifəsində yazıb.
S.A.Musəvinin sözlərinə görə, bu dəhliz Pakistan, İran, Türkiyə arasında və Şimal-Cənub Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars Körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verildikdən sonra aktivləşəcək.
Qeyd edək ki, İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Fars Körfəzi – Qara Dəniz marşrutunun yaradılması gündəmdədir. Bu marşrut çərçivəsində 22 dekabrda İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən üç ölkənin 144 yük maşını ilə yükdaşıma başlanacaq.
  • Yazılıb
  • da (də) 2021 Dec 19
  • Göndərən جهان کمالی