Tarix : 2008 Jul 30
Kod 6205

Məbəs bayramı Az.R-da da qeyd olunub

Əhli-beyt (ə) məddahları və dini nəğmə qrupları da böyük İslam peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s) və pak imamlar (ə)-ı mədh edən proqramlar icra ediblər
Azerbaijan Servisi/Aran Agentliyi

Azərbaycan Respublikasının müxtəlif şəhərlərində böyük İslam peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s)-ın peyğəmbərliyə çatması gününün ildönümü münasibəti ilə şənliklər keçirilib. Daxil olan məlumata əsasən, dünən gecə və bu gün Bakı, Gəncə, Naxçıvan şəhərləri və Bakının Nardaran kəndi, habelə Azərbaycan Respublikasının cənub şəhərlərindəki məscidlərdə, bu ölkənin müsəlman xalqının geniş iştirakı ilə keçirilən bu mənəvi şənliklərdə natiqlər böyük İslam peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s)-ın misilsiz şəxsiyyətinin cəhətlərini bəyan edərək, o həzrətin peyğəmbərliyə çatması hadisəsini bəşəriyyət tarixində dönüş nöqtəsi adlandırıblar.
Əhli-beyt (ə) məddahları və dini nəğmə qrupları da böyük İslam peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s) və pak imamlar (ə)-ı mədh edən proqramlar icra ediblər.

  • Yazılıb
  • da (də) 2008 Jul 30