Xatırladaq Ermənistan baş naziri Gürcüstana səfər edib, o gürcü həmkarı ilə görüşdükdən sonra iki ölkə arasında birgə iqtisadi kommisiyanın iclasında iştirak edəcək.
Arannews- APA xəbər agentliyinə istinad edərək bildirir, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
O bildirib ki, Gürcüstanın motivasiyası hər zaman bu prosesdə vacib rol oynamaqdır və bu istiqamətdə Baş nazir özü şəxsən “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” platformasını irəli sürüb.
"Bildiyiniz kimi, mən "Dinc Qonşuluq Təşəbbüsü"nü səsləndirmişəm və bir daha təsdiqləmək istəyirəm ki, biz hər zaman regionda sülh və sabitliyin inkişaf etdirilməsinə töhfə verməyə hazırıq”, - İ. Qaribaşvili qeyd edib.
Xatırladaq Ermənistan baş naziri bu gün Gürcüstana səfər edib, o gürcü həmkarı ilə görüşdükdən sonra iki ölkə arasında birgə iqtisadi kommisiyanın iclasında iştirak edəcək.