Tarix : 2021 Dec 22
Kod 62054

12 İmamla bağlı klipin çəkildiyi məktəbin direktoru cəzalandırılıb

"Biz məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edirik. Həmin məktəb direktoru cəzalandırılıb, barəsində intizam tədbiri görülüb”, - Emin Əmrullayev bildirib.

Arannews -islamazeri.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə deyib.
O qeyd edib ki, insanlar istənilən mövzuda klip çəkə bilərlər: “Sadəcə onun məktəbdə çəkilməsi bizim prosedurlara ziddir. Hətta maarifləndirmə ilə bağlı da Təhsil Nazirliyindən icazə alınmalıdır. Bu halda belə bir icazə alınmamışdı. Hadisə bazar günü baş verib, valideynlər də iştirak edib. Biz məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edirik. Həmin məktəb direktoru cəzalandırılıb, barəsində intizam tədbiri görülüb”.

 




 

  • Yazılıb
  • da (də) 2021 Dec 22
  • Göndərən جهان کمالی