Tarix : 2021 Dec 22
Kod 62057

İranlı nazirin Bakı səfərinin proqramı məlum oldu

Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfərə gəlir.

Arannews -Modern.az xəbər verir ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
H.Ə.Abdullahian İranın IRIB telekanalına müsahibəsində deyib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və başqa rəsmi şəxslərlə görüşəcək:
“Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, stabil və inkişafa meyllidir.
Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay iki ölkənin prezidentləri İlham Əliyev və İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv oldu”.
Səfər çərçivəsində C.Bayramovla H.Ə.Abdullahian birgə mətbuat konfransı keçirəcəklər.

  • Yazılıb
  • da (də) 2021 Dec 22
  • Göndərən جهان کمالی