Tarix : 2021 Dec 25
Kod 62063

İran Səfirliyi prezident İlham Əliyevi təbrik edib

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

 Arannews :bu barədə İran Səfirliyinin rəsmi tvitter hesabında məlumat verilir.
Təbrik mesajında deyilir:
"İranın Azərbaycandakı Səfirliyi dost, qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, onun rəhbərliyi altında Azərbaycan xalqına isə rifah və səadət arzulayır!"

  • Yazılıb
  • da (də) 2021 Dec 25
  • Göndərən جهان کمالی