Tarix : 2021 Dec 26
Kod 62066

İran-Azərbaycan əlaqələrinin yol xəritəsi hazırlanıb

İran İslam Respublikası xarici işlər naziri onun Bakıya səfərində və Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşündə iki ölkə əlaqələrinin yol xəritəsinin hazırlanmasından xəbər verib.

Arannews : məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan Azərbaycan Respublikasına səfərinin yekunları ilə bağlı tvitterdə etdiyi paylaşımda Bakı səfərinin məhsuldar olduğunu bildirib.
İranın xarici işlər naziri tvitində yazıb:
"Bakıya rəsmi səfərdə münasibətlərimizin yeni səhifəsi üzərində razılıq əldə olundu. Cənab İlham Əliyevlə səmimi görüşdə əlaqələrin yaxşı yol xəritəsi hazırlandı. Həmkarım Cənab Ceyhun Bayramov və parlament sədri ilə faydalı fikir mübadiləsi apardıq. Əziz iranlılarla səmimi görüşüm isə səfəri təkmilləşdirdi. Qonşuluq siyasəti prioritet olaraq gündəmdədir."

  • Yazılıb
  • da (də) 2021 Dec 26
  • Göndərən جهان کمالی