Tarix : 2008 Jul 31
Kod 6207

İran Türkiyə ilə əlaqələrin genişləndirilməsi üçün ciddi əzmkarlıq göstərir

İki ölkə bir-birləri ilə dost və qardaş olmuşdur. Elə buna görə də, hər iki xalq bir-birlərinin talelərinə və olaylarına bağlıdırlar və onu diqqətlə izləyirlər
Turkyə Servisi/Aran Agentliyi

İran İslam Respublikasının prezidenti bildirib: İran Türkiyə ilə əməkdaşlıqların genişləndirilməsində ciddi əzmkarlıq göstərir. İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad bu gün Türkiyənin Tehrandakı yeni səfiri Səlim Kara Osmanoğlunun etimadnaməsini qəbul edərkən, İran İslam Respublikası ilə Türkiyənin tarixi və mədəni əlaqələrini əsaslı sayaraq, deyib: İki ölkə bir-birləri ilə dost və qardaş olmuşdur. Elə buna görə də, hər iki xalq bir-birlərinin talelərinə və olaylarına bağlıdırlar və onu diqqətlə izləyirlər.
İran İslam Respublikasının prezidenti ümidvarlıq etdi ki, Tehran-Ankara rəsmilərinin istəyi və iradəsi ilə, istənilən bütün sahələrdə iki tərəfli əlaqələrin gündən-günə genişlənməsinin şahidi olacağıq.
Türkiyənin Tehrandakı yeni səfiri də, Türkiyə prezidenti, xalqı və dövlətinin İran xalqına və dövlətinə səmimi salamlarını çatdırmaqla, Ankara-Tehran əlaqələrinin daha da genişləndirilməsindən razılıq etdi.

  • Yazılıb
  • da (də) 2008 Jul 31