Tarix : 2021 Dec 27
Kod 62070

Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı - İbrahim Kalın

Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı.

Arannews -Trend-in məlumatına görə, bu barədə Türkiyə prezindetinin mətbuat katibi İbrahim Kalın Türkiyənin Çikaqodakı Baş Konsulluğunda ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.
İ.Kalın suala cavabında deyib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib:
"Qafqazda çox fərqli proses gedir və indi bu erməni diasporun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi, müstəqilliyini əldə etməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb".

  • Yazılıb
  • da (də) 2021 Dec 27
  • Göndərən جهان کمالی