Tarix : 2021 Dec 27
Kod 62072

Azərbaycanlı şərqşünas: "İran və Azərbaycan sıradan bir qonşu sayıla bilməz"

Azərbaycanlı şərqşünas bildirib ki, İran və Azərbaycan sıradan bir qonşu sayıla bilməz.

Arannews-SəhərAzəri-nin məlumatına əsasən, Samid Bağırov East-News portalı ilə müsahibədə deyib: “İranla Azərbaycan rəhbərliyinin qarşılıqlı əlaqələrin qorunub saxlanılması, möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində həmişə siyasi iradəsi olub. Görüşlərin intensivləşməsi hər iki dövlətin və xalqın mənafeyini təmin edir. Bunun əksinə olaraq, İran-Azərbaycan münasibətlərində anormallıq gərginliyin hakim olmasıdır.”
Şərqşünasın sözlərinə görə, son gərginliyin çox qısa sürməsi onu göstərdi ki, iki dövlət və xalq bir-birinə daha bağlıdırlar və onların arasında hər hansı bir gərginlik çox sürə bilməz. İki dövlət başçıları və XİN rəhbərləri arasında görüşlər də bu qarşılıqlı qonşuluq, qardaşlıq və tərəfdaşlıq hissindən, eləcə də hər iki tərəfin iqtisadi maraqlarını təmin etmə baxımından zəruridir.
Son zamanlarda iki ölkənin 3+3 formatında yer almasına toxunan Samid Bağırov qeyd edib: “BMT Baş Assambleyasında iki ölkənin bir-birinə dəstək verməsi, hər iki ölkənin Qoşulmama hərəkatı çərçivəsində bir-birinə siyasi dəstəkləri əsirgəməməsi və sair addımlar ondan xəbər verir ki, tərəflər beynəlxalq instansiyalarda da bir-birinə dəstək verməyi özlərinə borc bilirlər.”
 İki qonşu ölkə arasındakı münasibətləri korlamaq istəyən bəzi qüvvələrin mövcudluğundan bəhs edən şərqşünas alim sonda deyib: “İranla Azərbaycanın münasibətlərinin korlanmasını və əlaqələrin gərginləşməsini istəyən çoxlu daxili qüvvələr və xarici tərəflər var. Başda ABŞ olmaqla, Qərb dövlətləri bu prosesdə maraqlıdırlar. Ortada İsrail və Səudiyyə Ərəbistanı koalisiyasi kimi amillər də öz işini görür. Lakin iki ölkənin siyasi rəhbərliyi bilir ki, hər iki dövlətin belə gərginliyi götürməyə nə taqəti var, nə də hövsələsi. Həm də İran və Azərbaycan sıradan bir qonşu sayıla bilməz. Din, dil, məzhəb, tarixi müştərək cəhətlərin fərqli cəhətləri üstələməsi, eyni mədəniyyətə malik olmaq və sair amillər imkan verə bilməz ki, iki dövlət və iki xalq bu qədər gərgin münasibətlərə səbr edə bilsin.

  • Yazılıb
  • da (də) 2021 Dec 27
  • Göndərən جهان کمالی