Tarix : 2021 Dec 28
Kod 62077

Türkiyə və Ermənistan nümayəndələri Moskvada görüşəcəklər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında etdiyi çıxışında deyib: Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada baş tutacaq.

Arannews -SəhərAzəri-nin məlumatına əsasən, Nazir deyib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa təmas qurmaq üçün yol xəritəsi hazırlanmalıdır.
“Biz bu təmasların birbaşa olmasını arzu edirik. Bu səbəbdən qarşılıqlı iki xüsusi təmsilçi təyin etdik.” Deyən nazir Ermənistanla təmasların davam edəcəyinə ümidvar olduğunu bildirib.
Mövlud Çavuşoğlu Ermənistanla sərhədlərin açılmasının mümkünlüyündən də danışıb: " Əgər istədiyimiz nöqtəyə gəlsək, Azərbaycan və Türkiyə Ermənistanla sərhədlərini aça bilər."-deyə çavuşoğlu vurğulayıb.
 Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Hunanyan isə bu gün "Twitter"də bildirib ki, görüşün Moskvada keçirilməsinin mümkünlüyü müzakirə edilir. “Hazırda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü ilə bağlı razılaşdırılmış tarixlər yoxdur”,- deyə Hunanyan bildirib.
Türkiyə-Ermənistan əlaqələrinin bərpası məqsədi ilə başlanılacaq müzakirələrə Türkiyədən xüsusi nümayəndə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistandan isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.

 

  • Yazılıb
  • da (də) 2021 Dec 28
  • Göndərən جهان کمالی