Tarix : 2021 Dec 28
Kod 62079

“3+3” platforması artıq fəaliyyət göstərir

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Sputnik”ə müsahibəsində deyib: “3+3” regional məşvərət platforması Cənubi Qafqaz ölkələri ilə qonşularını bir-birinə yaxınlaşdırmağa yönəlmiş praqmatik, siyasiləşdirilməmiş format kimi yaradılıb və artıq fəaliyyət göstərir.

Arannews :Andrey Rudenko deyib: “Birgə işimizdə biz ümumi maraq kəsb edən və etimad tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən məsələlərə: iqtisadi-ticarət, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırış və təhdidlərlə mübarizə məsələlərinə diqqət yetiririk.”
Dekabrın 10-da Moskvada keçirilən birinci iclasa toxunan nazir müavini deyib: Bu iclas göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoqun dəstəklənməsində deyil, həm də praktiki əməkdaşlığın qurulmasında maraqlıdırlar.
Andrey Rudenko Gürcüstanın platformanın ilk iclasında iştirak etməməsindən təəssüfləndiyini dilə gətirərək deyib: Bununla belə, bütün iştirakçılar Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildiriblər və razılaşıblar ki, bu ölkə üçün “qapı” açıq qalır”.

  • Yazılıb
  • da (də) 2021 Dec 28
  • Göndərən جهان کمالی