Tarix : 2021 Dec 29
Kod 62082

Qanunvericilik orqanının üzvü beynəlxalq qanunları bilmir?

Azərbaycan Respublikası Milli Məclisinin üzvü daha bir anormal açıqlama ilə rəsmi dövlət siyasətinə və beynəlxalqa qanunlara zidd mövqe nümayiş etdirib.

Arannews -Apa TV-yə istinadla xəbər verir: Deputat Fazil Mustafa Azərbaycan Respublikası Milli Məclisində etdiyi çıxışı zamanı deyib: “Kim nə bilir, bəlkə yüz il sonra Ermənistan sakinləri də Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edəcəklər və biz paytaxtın İrəvana köçürülməsi haqda qərar qəbul edəcəyik! Və bəlkə oradan keçmiş tariximizə baxıb İlham Əliyevi bizi bu nöqtəyə çatdırdığına xatir alqışlayacağıq. Daha doğrusu onun həll etdiyi məsələni biz yüzlərlə il sonra da həll edə bilməzdik.”
Qeyd edək ki, dövlət başçısının ünvanına edilən mədhiyyələr cəmiyyətdə birmənalı qarşılanmır. Noyabrın 20-də gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilmiş İsmayıl İsmayılovun yerli mediaya açıqlaması sosial mediada müzakirələrə səbəb oldu.
Sabiq nazir müavini demişdi: “Mən ömrümün sonunadək prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram.”  

  • Yazılıb
  • da (də) 2021 Dec 29
  • Göndərən جهان کمالی