Təbriz Universiteti İranın ən yaxşı universitetləri arasında yeddinci yerdə dayanıb.
Aran News-in “Şərq” qəzetinə istinadən verdiyi məlumata görə, Təbriz Universiteti ölkənin yeddinci ən yaxşı universitetidir. Bu universitet Tehran universitetlərindən sonra İsfahan, Məşhəd və Şirazdan irəlidə dayanan ilk qeyri-Tehran universitetidir. Halbuki, Beheşti Universiteti 14-cü yerdə dayanmışdır.
Təbriz Universiteti ölkənin ən qədim universitetlərindən biridir və 1947-ci ildə yaradılmışdır.
| Universitetin adı | Dünya reytinqi | Ölkə reytinqi |
| Tehran Universiteti | 248 | 1 |
| Tehran Tibb Elmləri Universiteti | 313 | 2 |
| Tərbiyəti Mudərris Universiteti | 498 | 3 |
| Əmir Kəbir Universiteti | 511 | 4 |
| Şəhid Behişti Tibb Elmləri Universiteti | 531 | 5 |
| Şərif Texnologiya Universiteti | 552 | 6 |
| Təbriz Universiteti | 589 | 7 |
| Elm və Texnologiya Universiteti | 608 | 8 |
| İran Tibb Elmləri Universiteti | 631 | 9 |
| İsfahan Texnologiya Universiteti | 662 | 10 |
| Şiraz Universiteti | 673 | 11 |
| Məşhəd Firdovsi Universiteti | 704 | 12 |
| Məşhəd Tibb Elmləri Universiteti | 735 | 13 |
| Şəhid Behişti Universiteti | 748 | 14 |