Tarix : 2021 Dec 30
Kod 62087

Ermənistan Azərbaycana dəmir yolunun tikintisinə hazırlaşır

Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri hissəsinin tikintisi üçün hazırlıq işlərinə başlayır.

Arannews - APA-nın xəbərinə istinadla bildirir ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin çərşənbə günü verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"Biz artıq elan etmişik ki, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri hissəsinin tikintisinə hazırlıq işlərinə başlayırıq", - Paşinyan bildirib.
 Ermənistan və Azərbaycanı birləşdirən Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar dekabrın 15-də Brüsseldə keçirilən görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib. Paşinyanın sözlərinə görə, bu barədə razılıq Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrup tərəfindən əldə olunub.

  • Yazılıb
  • da (də) 2021 Dec 30
  • Göndərən جهان کمالی