Tarix : 2021 Dec 31
Kod 62088

Ceyhun Bayramovla Lavrov Azərbaycan və Ermənistan ziyalılarının görüşünü müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Arannews - APA-ya istinad edərək bildirir ki, nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən "3+3" məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər.
 Tərəflər, həmçinin ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər. 
Xatırladaq ki, iki ölkə ziyalılarının görüşü ikinci qarabağ müharibəsindən əvəldə mütəmadi olaraq irəli sürülürdu,bəzi hallarda rusiyada gizli görüşlərin başa tutmasi ilə bağlı xəbərlər yayılırdı, amma bu müsbət qarşılanmırdı. Qarabağda erməni separatçılar, azərbaycanlılar ermənilərə qarşı nifrət edir deyə qarabağda birgə yaşayışın əleyhinə mövqe sərgiləyirlər.

  • Yazılıb
  • da (də) 2021 Dec 31
  • Göndərən جهان کمالی