Tarix : 2022 Jan 01
Kod 62090

İlk görüşün yanvarda keçiriləcəyi gözlənilir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər.

Arannews :Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV24” kanalına müsahibəsində
bildirib ki, görüşün dəqiq vaxtı hələ razılaşdırılmayıb, lakin yanvarda
baş tutacağı gözlənilir.
M.Çavuşoğlu, həmçinin, əlavə edib ki, yaxın günlərdə İstanbul və İrəvan arasında aviareyslər açılacaq.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə dünən gecə bir daha ölkəsinin Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün keçiriləcək dialoq prosesinə hərhansı töhfə verməyə hazır olduğunu vurğulayıb:  "Biz hesab edirik ki, tərəflər ilkin şərtlər irəli sürmədən hər iki tərəf üçün məqbul hesab edilən mövzularla bağlı müzakirələr aparmalıdır. Bu, mehriban qonşuluq və etimadın bərpası üçün lazımi addımlardır", - deyə XİN başçısının müavini bildirib.
Rusiya XİN sözçüsü Mariya Zaxarova isə dünən özünün həftəlik brifinqində verdiyi açıqlamada deyib ki, Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşması regionda ümumi vəziyyətin yaxşılaşmasına töhfə verməklə yanaşı etimad və dinc qonşuluq münasibətlərinə də gətirib çıxaracaq.
Zaxarova ölkəsinin Ermənistan ilə Türkiyə arasında əlaqələrin nörmallaşması prosesində vasitəçi kimi rol oynamağa tam hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması üzrə müzakirələr üçün Türkiyə tərəfdən ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistan tərəfdən isə parlamentin vitse-spikeri Ruben Rubinyan xüsusi nümayəndə təyin edilib.

  • Yazılıb
  • da (də) 2022 Jan 01
  • Göndərən جهان کمالی