Tarix : 2022 Jan 01
Kod 62092

Rusiya rəsmisi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasından danışdı

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaxın vaxtlarda yaradıla bilər.

 Arannews :bunu RİA Novosti-yə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb.
O deyib ki, yüksək səviyyəli razılaşmanın reallaşması yolunda hər hansı bir qarşısıalınmaz maneə yoxdur.
Rusiya xarici işlər nazirinin müavini onu da qeyd edib ki, may ayında Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsindən bəri Rusiya vasitəçi rolunda çıxış edərək, Azərbaycanla Ermənistan arasında müvafiq danışıqlar prosesinin başlanmasına öz yardımını təklif edib.
Xatırladaq ki, noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Rusiyanın məsləhətçi qismində iştirakı ilə ikitərəfli Komissiyanın yaradılması barədə razılığa gəliblər.

  • Yazılıb
  • da (də) 2022 Jan 01
  • Göndərən جهان کمالی