İran İslam Respublikası prezidenti xristian ölkələrinin rəhbərlərinə ünvanladığı ayrı-ayrı müraciətlərdə onları Həzrət İsa Məsihin (ə) əzəmətli mövludu və yeni ilin başlanması münasibətilə təbrik edib.
Arannews :Tashaio.com-ın məlumatına əsasən, Seyid İbrahim Rəisi bu müraciətlərdə Həzrət İsa Məsihin (ə) mövludunu təbrik edərək, qeyd edib ki, Həzrət İsa Məsihin (ə) viladətinin ildönümü İran xalqı üçün də əziz və mübarəkdir və və o, müsəlmanlar arasında xristianlardan heç də az hörmətə malik deyil.
İran İslam Respublikası prezidenti Həzrət İsa Məsihi (ə) zalımlar qarşısında dözüm və müqavimətin təcəssümü və hegemonlara qarşı mübarizədə azadlıqsevərlər üçün ilham mənbəyi kimi dəyərləndirib və əlavə edib: "Bu böyük peyğəmbər və onun pak anası Quranda dəfələrlə xatırlanır".