“Müsavat-TV” Dağlıq Qarabağda “rus” icmasının yaradılması və təşkili istiqamətində davam edən səylərdən narahatlığını bildirib.
Arannews : Müsavat-TV internet televiziyası xəbər verir ki, Dağlıq Qarabağın erməni separatçıları bölgədə “rus” vətəndaşlarının tam müdafiə olunacağını bəyan ediblər!
Azərbaycan Prezident Administrasiyasının mövqeyini qeyri-rəsmi şəkildə yayan Müsavat-TV əlavə edib ki, 1989-cu ilin (Qarabağ müharibəsinin başlanğıcı) statistikasına nəzər salsaq, o zaman orada cəmi 1922 rus yaşayırdı, onların da 800-ü Xocavəndin Kuropatkino kəndində onlar idi ki, sonralar Azərbaycan Respublikasının başqa bölgələrinə, bir qismi isə Rusiyaya köçdü, lakin bu gün Rusiya orada rus icmasını yaratmağa çalışır.
Bundan əvvəl Azərbaycan Respublikası mətbuatı Qarabağda rusların siyahıyaalınmasının dekabrın 1-dən başladığını və Qarabağdakı rus əhalisinə Ermənistanın Bakıda doğulmuş Aleksandr Bordov adlı şəxsin rəhbərlik etdiyini yazmışdı!