Bloklara Qoşulmayan Ölkələr Hərəkatının İranın nüvə proqramına dəstək vermələri, bəzi ölkələrin beynəlxalq təşkilatların İranın sülhməramlı nüvə işi ilə bağlı yanlış şişirtmələrini zərərsizləşdirdi
Beinalxalq Servisi/Aran Agentliyi
Müttəki deyib: Beynəlxalq Təşkilatlar İranın sülhməramlı nüvə proqramının əleyhinə deyillər. İran İslam Respublikasının Xarici İşlər Naziri Mənuçehr Müttəki deyib: Bloklara Qoşulmayan Ölkələr Hərəkatının İranın nüvə proqramına dəstək vermələri, bəzi ölkələrin beynəlxalq təşkilatların İranın sülhməramlı nüvə işi ilə bağlı yanlış şişirtmələrini zərərsizləşdirdi.
Müttəki çərşənbə günü iyulun 30-da Tehranda Bloklara Qoşulmayan Ölkələr Hərəkatının 15-ci iclası mərasimi başa çatdıqdan sonra, keçirdiyi mətbuat konfransında deyib: Bloklara Qoşulmayan Ölkələr Hərəkatının bəzi dünya ölkələrinin 60%-nin İranın sülhməramlı nüvə proqramına dəstək vermələri, müqabil ölkələrin bu məsələ ilə ağıllı və konstruktiv mövqe tutmalarına səbəb olacaq.
Onun sözlərinə görə, nüvə silahlarının yayılmamağına dair NPT müqaviləsinə üzv ölkələrin nüvə enerjisindən sülhsevər istiqamətdə istifadə etmələrinə himayə göstərmək hərəkatın üsulunu təşkil edir.
İİR-nın Xarici İşlər Naziri Mənuçehr Müttəki habelə 5+1 qrupuna üzv ölkələrin müzakirələr gedişatına münasibət bildirərək deyib: 5+1 qrupunun müzakirələrə diqqət göstərmələrini istəyirəm və onların bu müzakirələrə sadiq qalmalarına təkid edirəm.
Müttəki sonra deyib: Qərb dövlətləri öz təklif paketini təqdim etdi. Bizdə onun müqabilində təklif paketimizi təqdim etdik. Ona görə də, 2 medalitənin müştərək cəhətləri barədə razılığa gəlinməlidir.
İİR-nın Xarici İşlər Naziri deyib: Müzakirələrdə möhlət təyin etmək kimi sözlər bizim üçün mənasızdır. Ancaq eyni zamanda biz konstruktiv müzakirələrin formalaşmasına ümidvarıq.
O, "Siz Bloklara Qoşulmayan Ölkələr Hərəkatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin Tehran iclasında ərəb dövlətləri nümayəndələrinin iştirakını necə dəyərləndirirsiniz" sualına cavabda deyib: Tehran iclasında 22 ərəb ölkəsindən 16-nın iştirakı iclasın əhəmiyyətli olduğunu göstərir.
Müttəki sonra deyib: Bloklara Qoşulmayan Ölkələr Hərəkatına Xarici İşlər Nazirləri və nümayəndələri Tehran iclasının yekun bəyanatında, Təhlükəsizlik Şurasından istəyiblər ki, BMT manifestinin 7-ci maddəsindən bir vasitə kimi istifadə etməsin.
İİR-nın Xarici İşlər Naziri Tehranda Bloklara Qoşulmayan Ölkələr Hərəkatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin yekun bəyanatında, İraq ilə Əfqanıstanın milli hakimiyyət və ərazi bütövlüyünə təkid olunub.