Tarix : 2022 Jan 03
Kod 62100

«Şəhid Süleymani Məktəbi» toplantısı başlanıb

İranın TeleRadio Təşkilatında «Şəhid Süleymani Məktəbi və Yeni İslam Sivilizasiyasının Tərz Məktəbi» toplantısı başlanıb.

Arannews -SəhərAzəri-nin məlumatına əsasən, «Şəhid Süleymani Məktəbi və Yeni İslam Sivilizasiyasının Tərz Məktəbi» adlı ilk elmi-tədqiqat konfransı bu gün, general Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində İranın TeleRadio Təşkilatının konfrans zalında başlanıb.
Bu birgünlük konfrans İranın daxili işlər naziri Əhməd Vəhidi və şəhid Süleymaninin vəkilləri və ailəsi də daxil olmaqla ölkə və ordu başçıları və hərbi komandanlardan bir qrupunun iştirakı ilə keçirilir.
Şəhid general-leytenant Qasım Süleymani məktəbi adlı ilk ümumölkə konfransında təqdim edilmək üçün 440 əsərdən 215 mükəmməl məqalə və təqribən 225 seçilmiş mətn İran TeleRadio Təşkilatının katibliyinə təhvil verilib.

  • Yazılıb
  • da (də) 2022 Jan 03
  • Göndərən جهان کمالی