Tarix : 2022 Jan 03
Kod 62102

Qəzzənin küçələri general Qasım Süleymaninin şəkilləri ilə bəzədilib

General Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü ərəfəsində Qəzzənin küçələrində general Qasım Süleymaninin şəkilləri quraşdırılıb.
Arannews :Qasim Süleymani və Əbu Mehdi Mühəndisin şəhadətinin ikinci ildönümü ərəfəsində Qəzzənin küçə və meydanları general-leytenant şəhid Qasım Süleymaninin şəkilləri ilə bəzədilib.
Fələstin Xalq Müqavimət Komitələrinin media ofisinin direktoru Məhəmməd əl-Barim bu barədə deyib: “Qəzzə xalqı Hacı Qasım Süleymaninin şəhadətinin ikinci ildönümündə ona öz sadiqliyini göstərmək üçün daha artıq müqavimət, Qüdsə çatmaq yolunda prinsiplərə və davamlılığa təkid etməklə bu mərasimi keçirəcək.”
O qeyd edib ki, bu münasibətlə biz Hacı Qasimin qanına sadiq olduğumuzu və bu xatirəni yaşadacağımızı nümayiş etdirəcəyik.
Əl-Bərim vurğulayıb: “Biz şəhid Süleymaninin yolunda irəliləməyə davam edəcəyik, Fələstin xalqı şəhid Süleymaninin qanını, müqavimətini və dəstəyini unutmayacaq.”
Qeyd edək ki, Qəzzə İranın Təbriz şəhəri ilə qardaş şəhər elan edilib və Təbriz əhalisi general Sülaymaniyə həmişə böyük sevgi göstərmişdir, bu şəhidin yoluna vəfadar olaraq, Qəzzə şəhərinin məzlum xalqına dəstəyini dəfələrlə bəyan edib və uşaq qatili olan sionist rejiminə etirazını bildirib.
ənbə: Tasrebat Xəbər Agentliyi










 
  • Yazılıb
  • da (də) 2022 Jan 03
  • Göndərən جهان کمالی