Tarix : 2022 Jan 03
Kod 62103

İmam Xomeyninin (rə) sonuncu sovet prezidentinə məktubu bütün dünyaya yazıldı

İslam fəlsəfəsi üzrə professor və tədqiqatçı Nəcəfqulu Həbibi deyib: “Mərhum İmamın (rə) Sovet İttifaqının sonuncu prezidenti Qorbaçova ünvanladığı tarixi və dəyərli məktub, təkcə bir prezident üçün deyil, bütün dünya üçün qələmə alınıb və bu, dünya ictimaiyyətinə çatdırılmalı, mümkün qədər tanınmalı və tanıtdırılmalıdır”.
Arannews :Nəcəfqulu Həbibi şənbə gecəsi Qumda İmam Xomeyninin (rə) Qorbaçova məktubuna bir baxış məqsədilə keçirilən elmi məclisdə əlavə edib: İslam İnqilabının əvvəlində regionun bir çox ölkəsi marksistlərin tələsinə düşmüşdü, İslami İran elmi hövzə alim və şəxsiyyətlərin köməyi ilə bu uçuruma düşmədi.
O əlavə etdi: "İmam Xomeyni (rə) bu məktubu ölkənin iqtisadi problemlərinin ən pik və məcburi müharibənin ən qızğın çağında Qorbaçova göndərir, lakin orada heç bir maddi məsələyə toxunmur və yalnız mənəvi və tövhid məsələlərinə toxunur. Ağıllı və agah bir siyasətçi kimi, ona Qərbin qucağına düşməmək barədə xəbərdarlıq edir.
O, marksizmin əqli tənəzzülünə və materialist əsaslarına toxunaraq dedi: Mərhum İmam məktubunda irfan və islam fəlsəfəsi sahəsində böyük mütəfəkkirlərə işarə edir və Sovet İttifaqını öz problem və çətinliklərindən xilas etməyin yolunu tövhidi məsələlərə diqqət etməklə təqdim edir. İranın super güclərə qarşı durmasına səbəb olan din və məzhəbi göstərir.
Həbibi dini-mənəvi təlimlərin bütün insanlara izah edilməsində, onların inanc boşluqlarının doldurulmasında elmi hövzələrin vəzifə və missiyasına toxunaraq dedi: “Əgər bu gün ölkəmizdə problemlərlə üzləşiriksə, bunun səbəbi İslami təlimlərə diqqət və lazımi səviyyədə əməl edilməməsidir. Halbuki, dinə arxalanaraq bir çox problemlər həll edilər.
“İmam Xomeyninin (rə) Qorbaçova məktubuna bir baxış elmi məclisi” Qum şəhərində İmam Xomeyninin (rə) Əsərlərinin Tənzim və Nəşri İnstitutunda bir qrup dini hövzə alim və şəxsiyyətlərinin iştirakı ilə keçirilib.
Qeyd etmək lazımdır ki, 1989-cu ilin ilk günü İmam Xomeyninin Sovet İttifaqının sonuncu prezidenti Mixail Qorbaçova kommunizmin ölümü və Rusiyanın Qərbə arxalanmaqdan çəkinməsinin vacibliyi ilə bağlı məşhur və tarixi məktubu dərc olundu.
İmam Xomeyni (rə) Sovet İttifaqı hələ tam formada ayaqda olduğu, dünyanın böyük güclərindən biri olduğu, soyuq müharibənin hələ bitmədiyi, Şərq-Qərb ayrılığının simvolu olan Berlin divarının hələ də süqut etmədiyi və respublikalarında sovet konstitusiyasının hakim olduğu və xalqın taleyi üzərində kommunizm hakimiyyətinin hələ də qüvvədə olduğu vaxtda marksizmin sümüklərinin sınma səsindən danışdı.
Mənbə: ISNA

 
  • Yazılıb
  • da (də) 2022 Jan 03
  • Göndərən جهان کمالی