Tarix : 2022 Jan 03
Kod 62104

Suriya xalqı: Şəhid Qasim Süleymaniyə borcluyuq

Hacı Qasım Süleymaninin şəhadətinin ildönümü ərəfəsində Suriyanın müxtəlif şəhərlərində əhali ölkəsini İŞİD-in əsarətindən azad etmiş könüllərin sərdarı şəhid Qasım Süleymaninin şücaətini yüksək qiymətləndirib.
Arannews :Hacı Qasım Süleymaninin şəhadətinin ildönümü ərəfəsində Suriyanın müxtəlif şəhərlərində əhali ölkəsini İŞİD-in əsarətindən azad etmiş könüllərin sərdarı şəhid Qasım Süleymaninin şücaətini yüksək qiymətləndirib.
Suriyanın şərqində yerləşən Bukəmal şəhəri şəhid Qasim Süleymaninin komandanlığı altında müqavimət qüvvələrinin şücaətinin şahidi olan şəhərlərindən biridir.
Könüllər sərdarı şəhid Qasım Süleymani 2017-ci ilin qışında, böyük Vəl-Fəcr əməliyyatından sonra bu şəhərdən İŞİD təkfirçi qruplaşmasının məğlub edilməsini və onların qondarma xilafətinin dağıdılmasını elan etdi.
Müxbirimizlə söhbətində İŞİD-dən əvvəl tam əmin-amanlıqda olduğunu bildirən  Bukəmal sakini Fallah Əbu Həsən deyib: “Təkfirçi terrorçular gələndə şəhəri yerlə-yeksan etdilər, camaatı didərgin saldılar, amma müqavimət qüvvələrinin şücaəti sayəsində bu şəhərə yeni bir ruh gəldi.”
Hacı Qasim Bukəmal yaxınlığındakı Əl-Hüseyn məscidinin minarəsindən təkfirçilərə qarşı əməliyyatlara rəhbərlik edirdi.
Könüllü döyüşçülərdən biri bu haqda deyib: “Hacı Qasım Süleymani bir qrup döyüşçü ilə bu qapıdan məscidə daxil oldu və dərhal pilləkənlərlə minarəyə qalxdı. İŞİD terrorçuları məsciddən cəmi 100 metr aralıda olsalar da, generalın heç bir qorxusu yox idi.”
Bukəmalın İŞİD-dən azad edilməsi uğrunda gedən döyüşlərdən qalmış dağıntılar hələ də şəhərdə görünməkdədir.
Hacı Qasim bu bölgələr arasında bir neçə gün bu məhəllədəki mənzillərin birində qalıb. O, məktub yazaraq həmin evdə qoydu və həmin məktubda evində qaldığı üçün evsahibindən üzrxahlıq etdi və halallıq istədi.
Döyüş bitdikdən və İŞİD məhv edildikdən sonra evsahibi evinə qayıtdı. O, televiziyaya müsahibəsində belə deyir: “Allah Hacı Qasimə rəhmət etsin, hara getsəydi İslam ümməti üçün xeyir-bərəkət idi.”
Suriyada hamı Hacı Qasim və onun silahdaşlarına təşəkkür edir, könüllər sərdarının yolunun davam etməsini istəyir.
Qaynaq: Televiziya-Radio Xəbər Agentliyi - Dəməşq

 
  • Yazılıb
  • da (də) 2022 Jan 03
  • Göndərən جهان کمالی