Tarix : 2022 Jan 04
Kod 62105

Təbriz imam cüməsi: Fərqli siyasi yanaşmalara hörmət şəhid Süleymaninin bariz xüsusiyyətlərindən idi

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi deyib: “Fərqli siyasi yanaşmalara, cərəyanara və cinahlara hörmət şəhid Qasim Süleymaninin bariz və seçilən xüsusiyyətlərindən idi.”
AranNews – Höccətül-islam vəl-müslimin Məhəmməd Əli Ali-Haşim könüllərin sərdarının şəhadətinin ikinci ildönümünün uca tutulması münasibətilə xüsusi tədbirlərin afişasının açılış mərasimində şəhid Süleymaninin özünəməxsus əxlaqi xüsusiyyət və özəlliklərə malik olduğunu, bunlardan ən əsasının isə ixlas olduğunu vurğulayaraq deyib: “O, ifratçı və ya təfritçi deyildi və bütün siyasi cinahlar ona xüsusi hörmət bəsləyirdilər.”
İmam cümə əlavə edib: “Şəhid Süleymani mədəniyyət-incəsənət, kitab, şeir adamı, şəhidlərin tərcümeyi-hallarını oxuyan, ölkədəki mədəniyyət və incəsənət fəallarının dəstəkçisi idi.”
Ali-Haşim Təbriz Bələdiyyəsinin şəhid Süleymaninin xatirəsi ilə bağlı mədəni aksiyasını qiymətləndirərək, onu Allah bəyənən bir hərəkət adlandırıb.
İmam cümə vurğulayıb: “Bizim yaxşı insanlarımız vardır və biz onların razılığını qazanmağa səy etməliyik. Bu arada aztəminatlı vətəndaşların razılığını daha da artırmağa çalışmalıyıq.”
Vəliyyi-fəqihin təmsilçisi Təbriz Bələdiyyəsinə və İslami Şuranın üzvlərinə birliyi və həmrəy olmağı tövsiyə edərək bildirib ki, bundan qeyri surətdə inkişaf və tərəqqi əldə etmək olmaz. Habelə, bələdiyyə toplusunda monitorinq vasitələrini gücləndirin və bir kəsi seçərkən daha diqqətli olun.
Tədbirdə çıxış edən Təbriz Bələdiyyə sədri Abbas Rəncbər deyib: “Şəhidlik məktəbinin davamçıları olaraq İnqilab və Müqavimət Cəbhəsinin əziz şəhidini mədəniyyət və incəsənət dili ilə yad etməyi özümüzə borc bildik. Hər il tədbirlərimizin zənginliyini artırmağa çalışırıq ki, o uca məqamlı şəhidin şəninə layiq bir iş görə bilək.”
Abbas Rəncbər əlavə edib ki, mədəniyyət-incəsənət formalı proqramla yanaşı, bu böyük şəhidin xatirəsinə həsr olunmuş Mədəniyyət və İdman Olimpiadasının II turu keçirilir və bu yarışlarda 10 min yeniyetmə və uşaq idmançı mübarizə aparır.
Bələdiyyə başçısı “Qan izi” xəttatlıq konfransı, “Süleymani üzüyü” kitab müsabiqəsi, “Süsəngerd fatehi” sənədli film, sənət adamlarının şəhid Qasim Süleymaniyə sevgi toplantısı, Şəhər Şurasının həyətində əllə toxunmuş xalçanın açılışı, məzarsız xanıma matəm məclisi, afişa sərgisi, küçə tamaşalarının nümayişi, “Gözətçi ayıqlığı və bəsirətinin artırılması” mövzusunda toplantı, “Sərdarın bir şəhər səviyyəsində anılması” konfransı, “Sərdarın xatirəsi” sərgisi, uşaqlar üçün müsabiqə, Quranla ünsiyyət məclisi kimi proqramları Qasim Süleymaninin şəhadətinin ikinci ildönümünün xüsusi tədbirlərindən olduğunu bildirib.
General Qasim Süleymani və İraq Könüllü Xalq Cəbhəsinin (Həşd-Şəbi Təşkilatı) komandiri Əbu Məhdi Mühəndis və onların silahdaşlarından bir qrupu 3 yanvar 2020-ci ildə ABŞ-ın İraq Hava Limanına hava hücumu nəticəsində şəhid oldu.

 
  • Yazılıb
  • da (də) 2022 Jan 04
  • Göndərən جهان کمالی